
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovu tutduğu vəzifədən azad edib.
Məlumata əsasən, nazirin əmri ilə Aydın Əzizov, Bakı şəhərində fəaliyyət göstərən və yenicə formalaşdırılmış 1 nömrəli tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal və Nəsimi rayonları üzrə baş müdiri postundan uzaqlaşdırılıb.
Onun yerinə isə Səadət Əsgərova təyin olunub.
Məlumat üçün bildirək ki, Aydın Əzizov 2018-ci ildən bu vəzifəni icra edirdi. O, daha öncə sürücüsü ilə bağlı yayılan xəbərlərlə medianın diqqətinə düşmüşdü. Belə ki, sürücüsü, Əzizov soyadından istifadə edərək bir neçə şəxsi aldadıb və onların pullarını mənimsəyib.
Qeyd edək ki, Aydın Əzizov peşəkar qulaq-burun-boğaz həkimidir.