Home İncəsənət xadimi Morqan Friman kimdir?

Morqan Friman kimdir?

0
Morqan Friman kimdir?

“Morqan Friman kimdir?” desək, aldığı mükafatlar, şəxsi həyatındakı hörməti və filmlərdə göstərdiyi üstün performansı ilə Hollivudun ən məşhur aktyorlarından biridir. Modern Amerika kinosunun ən seçilən simalarından biri olan Akademiya Mükafatlı aktyor, 1 iyun 1937-ci ildə ABŞ-ın Tennessi şəhərində Memfis şəhərində anadan olub. O, 5 uşaqlı az gəlirli ailənin ən kiçiyi idi. Digər afroamerikalılar kimi qaradərililərə qarşı düşmənçiliyə görə ailəsi Çikaqoya köçmək və iş tapmaq məcburiyyətində qaldı. Buna görə onun uşaqlığı əyalətlər arasında səyahət etməklə keçib deyə bilərik. Dərisinin rənginə görə irqçiliyə məruz qalan məşhur aktyor “İrqçiliklə mübarizə aparmağın ən yaxşı yolu bu haqda danışmamaqdır” deyə bildirmişdir.

Morqan Frimanın yaradıcılığı

Morqan Friman bu aktyorluq sənətinə 8 yaşında məktəbdə ona verilən baş rolla başlayıb. Onun arzusu isə pilot olmaq idi. Buna görə o, teatr təhsili ilə bağlı təqaüd alacağı vaxtda ondan imtina edərək ABŞ Hava Qüvvələrinə qatılmışdır. Onun heç də xəyal etdiyi kimi bir sənət olmadığını görəndən sonra ordudan ayrılmışdır. Ondan sonra aktyor olmaq üçün Hollivuda köçən Morqan Friman bir müddət sonra maddi çətinliklərə görə buranı tərk edərək Nyu Yorka getməli olmuşdur və burada “The Pawnbroker” filmində oynayaraq kino həyatına başlamış oldu. Məşhur kinoaktyor “The Human Factor” adlı filmdə Afrika Respublikasının keçmiş dövlət başçısı Nelson Mandelanın rolunu oynamış və bununla fəxr etdiyini bildirmişdir. Film qaradərili və ağ dərililər arasında olan münaqişədən bəhs edir. Eyni zamanda aktyorun rol aldığı “Bruce Almighty” filmində Tanrı rolunda çıxış etməsi mübahisə mövzusu olmuş və film bəzi ölkələrdə qadağan olunmuşdur.

Morqan Friman mükafatları

İndiyə kimi bir çox filmdə rol alan aktyor 4 dəfə “Oskar” mükafatına namizəd göstərilmişdir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here