“Sahil Babayevin anası Nailə xanım iyirmi beş ildir ki, ağır şəkərli diabet-insulun xəstəsi olmaqla yanaşı, həm də ürəyin xronki işemik xəstəliyindən əziyyət çəkir”
Bu sözləri ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib. O, Sahil Babayevin anasının əlilliyinin guya saxta olması ilə bağlı verdiyi açıqlamada bunları əlavə edib: “
Sosial şəbəkələrin verdiyi imkanlardan öz məkrli xislətinə uyğun olaraq istifadə edən, xaricdə oturub ölkəmizə qarşı şərəfsizcəsinə böhtan və qarayaxma kampaniyası edənlər “fəaliyyətlərini” davam etdirirlər. Sosial mudafie naziri Sahil Babayevin anası Nailə Babayevanın əlilliyinin guya əsassız olması barədə həqiqətdən və həmçinin leyaqetden uzaq paylaşımlar da bunun ardıdır.
Sahil Babayevin anası Nailə xanım dəfələrlə ağır ürək əməliyyatları keçirib və ürəyinə altı stend yerləşdirilib. Daha sonra isə ürəyində aorta koronar şuntlaşma əməliyyatı icra edilib. Belə olan halda isə 2005-ci ildə ona təyin edilən əlilliyin guya 2016-cı ildə təyin olunduğu və əsassız olmasıyla bağlı məqsədli formada dezinformasiya yaymaq ləyaqət hissindən uzaqdır.
Rüşvətxorluğa və saxtakarlığa görə ƏSMN-dən uzaqlaşdırılan şəxslərin təşkilatçılığı ilə bu kimi yalan, böhtan tipli məlumatları yayanlar öz ailələrinin içində saxtakar axtarışına çıxsalar, cəmiyyətə daha faydalı olarlar. Çünki o zaman saxtakarın kim olduğunu biləcəklər”.