Sahil Babayev: “Ötən dövrdə 850 minədək vətəndaş DOST xidmətlərindən faydalanıb”

Sahil Babayev: “Ötən dövrdə 850 minədək vətəndaş DOST xidmətlərindən faydalanıb”

Nazir Dövlət Sosial Müdafiə Fondunun uğurlarından öz çıxışı zamanı bəhs edən Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev, fondun layiq görüldüyü mükafatlar barəsində məlumat vermişdir. O, fondun Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının sonuncu müsabiqəsində “Ən yaxşı mütərəqqi təcrübə” mükafatına layiq görüldüyünü bildirərkən, qeyd etmişdir ki, bundan öncəki müsabiqədə fondun fəaliyyətində istifadə olunan əlverişli, qabaqcıl metod və həll yollarının sayəsində də mükafata layiq görülmüşdür. Fondun Böyük Britaniyada keçirilən müsabiqədə “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” mükafatına layiq görüldüyünü öz çıxışı zamanı xüsusi vurğulamışdır.

Son zamanlarda vətəndaşlara göstərilən xidmətlər sahəsində öz sözünü demiş DOST Agentliyi mərkəzlərində 850 minə yaxın insanlara xidmət göstərildiyini deyən nazir, məmnunluq səviyyəsinin 98 faizi keçdiyini bildirmişdir.