Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovla Xızı rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib və onlar üçün özünüməşğulluq proqramı üzrə yaradılan təsərrüfatlarla tanış olub.
Vətən müharibəsi şəhidləri Alik İsayevin və Kərim Əliyevin ailələri ilə keçirilən görüş zamanı şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb. Onların xatirəsinin daim qəlbimizdə yaşayacağı qeyd olunub. Nazir şəhidlərin keçdiyi döyüş yolunu əks etdirən guşəylə də tanış olub.
S.Babayev ailələrin sosial vəziyyəti ilə maraqlanıb və onların hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacağı da dilə gətirib.
Sonra ailələr üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub.