Sahil Babayev erməni vəhşiliklərindən danışıb

Sahil Babayev erməni vəhşiliklərindən danışıb

Nazir Sahil Babayev erməni vəhşilikləri və onların əhalimizə qarşı etdiyi terror barədə Dünya Bankının missiyasına məlumat verib. Görüş onlayn formatda keçirilib.

Sosial müdafie naziri Sahil Babayev erməni tərəfinin BMT qətnamələrinə məhəl qoymadan 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxladığını, Azərbaycana qarşı hərbi təxribatlar apardığını bildirib. 10 oktyabr tarixində atəşkəsin elan olunmasına baxmayaraq Ermənistan tərəfi bu razılaşmanı və bununla yanaşı beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, cəbhədən aralı yerləşən, ikinci ən böyük şəhərimiz – Gəncə çoxmənzilli yaşayış binalarına raketlə hücum edib. Sahil Babayev erməni təcavüzkarlığının nəticəsində uşaq və qadınların, yaşlılardan ibarət 10 nəfərin həlak olduğunu, 34 şəxsin isə yaralandığını söyləyib. Nazir bildirib ki, ümumi olaraq Ermənistan ordusunun 27 sentyabr tarixindən etibarən dinc sakinlərə etdiyi hücumlar nəticəsində 43 mülki şəxs qətlə yetirilib, 214 nəfər yaralanıb, 277 mülki obyekt, 66 çoxmənzilli yaşayış binası və 1505 yaşayış evi yararsız hala düşüb.

Nazir S. Babayev özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi”nin önəmindən bəhs edib. Layihə çərçivəsində 2020-2025-ci illərdə əlavə olaraq iyirmi iki min işsiz insanın özünüməşğulluq proqramına cəlb olunmasının və bununla yanaşı məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsinə dəstəyin verilməsinin və s. nəzərdə tutulduğunu vurğulayıb. Bu il ərzində iki min şəxsin bu layihədən faydalanacağını vurğulayan nazir onu da deyib ki, layihə üzrə özünüməşğulluq proqramına qoşulmaq istəyən potensial benefisiarlar üçün xüsusi elektron forma hazırlanıb və eyni zamanda Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Onlayn formada keçirilən görüşdə baş iqtisadçı Maddalena Honorati, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Sara Maykl, baş iqtisadçı Sırma Demir Şeker və əməliyyatlar üzrə baş mütəxəssis Səidə Bağırlı ilə birlikdə layihənin icrası sahəsində görülən işlər və qarşıdakı vəzifələr barədə müzakirələr aparılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here