Nazir Sahil Babayev Şabran rayonunda vətəndaşları qəbul edib

Nazir Sahil Babayev Şabran rayonunda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şabran rayonunda Şabran  və Siyəzən rayonlarının sakinlərini qəbul edib.

Qəbuldan əvvəl Sahil Babayev və Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif  Hüseynov Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşların sosial təminat növlərinə hüququn müəyyən olunması, məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlb edilmə, əlillik və reabilitasiya, mənzil və avtomobillə  təminat və s. məsələlərə dair müraciətləri dinlənilib.

Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Müraciətlərin hər biri fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Vətəndaşlar sosial müdafiə və aktiv məşğulluq  proqramlarına, o cümlədən özünüməşğulluq, ictimai işlər proqramlarına, reabilitasiya xidmətlərinə cəlb edilmələri üçün  qeydiyyata alınıblar.

Bir sıra şəxslərə sorğu xarakterli müraciətlərinə uyğun olaraq müvafiq mövzularda izahatlar verilib.

Qəbulda ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərrux Məhərrəmli də iştirak edib.