Nazir Sahil Babayev əlillik təyini ilə bağlı açıqlama verib. O, bildirib ki, bu il 51 minədək şəxsə əlillik təyin olunub.
Sosial müdafiə naziri Sahil Babayevin dediyi sözlərə əsasən, əlilliyi olan 8 min qaziyə 40 mindən çox protez-ortopedik və digər reabilitasiya vasitəsi verilib.
Bununla yanaşı aşağı və yuxarı ətrafları amputasiya edilmiş 164 hərbçinin 173 ən müasir 4-cü nəsil elektron protezlə təmin edildiyi də vurğulanıb.