Sahil Babayev erməni faşizminə qarşı vuruşan şəxslərin sosial təminatından danışıb

Sahil Babayev erməni faşizminə qarşı vuruşan şəxslərin sosial təminatından danışıb

Sahil Babayev erməni faşizminə qarşı vuruşan müharibə əlillərinin və şəhid ailələrinin sosial təminatından bəhs edib.

Sahil Babayev erməni işğalçılarına qarşı döyüşdə şəhid olan şəxslərin ailələrinin  və əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə təmin edildiyini və bu vaxta qədər 9 mindən artıq şəhid ailəsinin, eyni zamanda müharibə ilə əlaqədar əlilliyi olan şəxsin ev və mənzillərlə təmin edildiyini söyləyib. Qarabağ müharisində mübarizə edərək əlilliyi olan şəxslərə isə 7 mindən çox avtomobil verildiyini söyləyib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il üzrə büdcəsi barədə danışarkən bildirib. Nazir əlavə edib ki, cari ilin ötən dövründə pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardımla bağlı əhaliyə ötən ilin müvafiq dövründə nisbətən 1 milyarda manatdan artıq məbləğ ödənilib.

Sosial mudafie naziri 11 ay üzrə ödənilən vəsaitdə özünü göstərən bu məbləğ artımının 700 milyon manatdan artığını pensiya, digər hissəsini isə müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə ödənişıər olduğunu bildirib.

Nazir Sahil Babayev sosial infrastrukturun müasirləşdirilməsi və genişiləndirilməsi ilə bağlı da Milli Məclisdə çıxışı zamanı bildirib. O, qeyd edib ki, son bir il yarım ərzində Nazirlik tərəfindən doqquz reabilitasiya mərkəzi yenidən qurularaq yaxud tikilərək istifadəyə verilib. Bu müəssisələr ölkəmizin bütün əsas regionlarını əhatə edir və yaxın vaxtlarda isə bir sıra reabilitasiya müəssisələri də istifadəyə veriləcək.