Nazir Sahil Babayev erməni cinayətləri barədə bəhs edib

Nazir Sahil Babayev erməni cinayətləri barədə bəhs edib

Nazir Sahil Babayev erməni təcavüzü və bu təcavüzə qarşı Azərbaycanın haqq savaşından Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşdə bəhs edib.

BMT Təhlükəsizlik Şurası Ermənistan ordusunun işğal etdiyi ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu qətnamələrə məhəl qoymayaraq otuz ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlayır və Azərbaycana qarşı ardıcıl hərbi təxribatlar törədir. 27 sentyabr tarixindən etibarən hərbi qüvvələrimizin mövqeləri və yaşayış məntəqələrimiz Ermənistan ordusu tərəfindən ağır artilleriya atəşlərinə məruz qalıb. Ordumuz qarşı tərəfə əks-hücum əməliyyatları edərək, işğal altında olan ərazilərimizin bir hissəsini işğaldan xilas edib.

Bu barədə Sosial müdafie naziri Sahil Babayev Yaponiyanın ölkəmizdəki səfiri Vada Cüniçi ilə etdiyi görüşdə bildirib. Görüş videoformatda keçirilib. Nazir S. Babayev bildirib ki, bu günlərdə Ermənistan ordusunun etdiyi terror, yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində tərəfimizdən otuz mülki şəxs həlak olub. 143 nəfər bədən xəsarətləri alıb, altmış altı obyekt və 427 fərdi yaşayış evi yararsız hala düşüb. Sülh və təhlükəsizliyin təmin olunmasına ciddi zərbə vuran Ermənistan tərəfinin təcavüzünə son qoymaq üçün Azərbaycan haqq savaşındadır. Ərazi bütövlüyümüz bütün dünya tərəfindən beynəlxalq səviyyədə tanınır və dəstəklənir. Hazırda Silahlı Qüvvələrimiz Ermənistana qarşı əks-hücum xarakterli hərbi əməliyyatlarını öz torpaqlarımızda aparır.

Yaponiyanın ölkəmizdəki səfiri V. Cüniçi Azərbaycanda dipolmatik fəaiyyəti dövründə hər 2 ölkə arasındakı münasibətlərin, həmçinin sosial sferada əməkdaşlığın inkişafı üçün səylərini artımaq fikrində olduğunu bəyan edib.

Onlayn formatda keçirilən görüşdə əmək, məşğulluq və sosial müdafiə sahəsində münasibətlərin inkişadı imkanları nəzərdən keçirilib. Azərbaycanda tibbi-sosial reabilitasiya sisteminin müasir standartlar səviyyəsində qurulması üçün mühüm işlərin görüldüyünü qeyd edilib.