Sahil Babayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

Sahil Babayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

Əmək və əhalinin sosial müdafiəsi naziri, “Yüksəliş” Təşkilat Komitəsinin üzvü Sahil Babayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri olan Fərrux Məhərrəmli və Nərgiz Balakişiyeva ilə görüş keçirib.

Müsabiqənin Mentorluq proqramı çərçivəsində təşkil edilən görüşdə nazir Sahil Babayev müsabiqə qaliblərini təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Nazir hər iki qalibə təcrübə imkanlarının artırmaları o cümlədən potensiallarını üzə çıxarmaları üçün birillik fərdi inkişaf planı əsasında nazirlik tərəfindən zəruri şərait yaradılaraq dəstək göstəriləcəyini qeyd edib.

S.Babayev əmək, məşğulluq, sosial müdafiə sahələrində son illər aparılan ardıcıl islahatlar, DOST konsepsiyası, sosial sahədə innovativ həllərin, rəqəmsal texnologiyaların geniş tətbiqi işləri, gələcək sosial hədəflər barədə məlumat verib.

F.Məhərrəmli və N.Balakişiyeva təcrübə imkanlarını artırmaları üçün yaradılan şəraitə görə öz təşəkkürlərini dilə gətiriblər.