Nazir Sahil Babayev məşğulluq proqramı çərçivəsində müharibə iştirakçılarının cəlb olunduğu işlər barədə çıxış edib. O, parlamentdə çıxışı zamanı on beş min Vətən müharibəsi iştirakçısının bu işlərə cəlb olunduğunu söyləyib.
Gələcəkdə də bu sayın artacağını dilə gətirib. “Onlar sağlamdır və işləyə bilərlər. Biz onları işlə təmin etməyə çalışacağıq”, – deyə nazir sözlərinə əlavə edib.
Sosial müdafiə naziri Sahil Babayev eyni zamanda müharibə veteranlarına verilən səksən manatlıq müavinət mövzusu ilə bağlı da danışıb. O, söyləyib ki, bu məbləğin artırılması üzərində iş gedir və sosial islahatlar çərçivəsində nəzərə alınacaq.