Sahil Babayevin erməni həmkarı istefa verdi

Sahil Babayevin erməni həmkarı istefa verdi

Əmək və Əhalinin Sosial Müdafiə nazirinin (Sahil Babayev) erməni həmkarı istefa verdi.

Ermənistanın əmək və sosial məsələlər üzrə naziri Mesrop Arakelyan 23 aprel tarixində vəzifəsindən istefa edib.

İstefa ilə bağlı xəbəri eks nazir Facebook səhifəsində paylaşıb.

Onun sözlərinə görə, Vətən müharibəsindən sonra yaranan vəziyyətin çətinliklərini dəf etmək üçün məsuliyyəti öz üzərinə götürüb və bildirib ki, hazırda bu istiqamətdə sosial problemlər öz həllini tapıb.

Qeyd olunan məlumata əsasən, Arakelyan hökumətin verdiyi bir sıra qərarlara qarşı çıxıb. O, hətta yeni il tətillərinin yanvarın 2-dək azaldılmasına etiraz etmiş və bunun iqtisadi baxımdan birmənalı qarşılanmadığını bildirmişdi.

Nazir Sahil Babayev: Qazi və şəhid ailələrinin məşğulluğuna dəstək olan ”Məşğulluq marafonu”nuna qoşulan işəgötürənlərin sayı artmaqdadır

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası üzvlərinin görüşü olub.

Görüşdə Palatanın prezidenti Aleks Kaplun Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan geniş miqyaslı sosial islahatlarla bağlı İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası üzvlərinin məlumatlandırılması, bu mövzuda səmərəli fikir mübadilələrinin aparılması baxımından belə bir görüşün əhəmiyyətini diqqətə çatdırıb.

S.Babayev Azərbaycanla İsrail arasında dost münasibətlərinə, yüksək siyasi etimada əsaslanan əməkdaşlıq əlaqələrinin daim genişlənməkdə olduğunu vurğulayıb. O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. Nazir torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı İsrail Dövlətinin dost mövqeyindən çıxış edərək ölkəmizə göstərdiyi siyasi və humanitar dəstəyi vurğulayıb, buna görə minnətdarlığını ifadə edib. O, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində İsrail şirkətlərinin uğurlu fəaliyyətini diqqətə çatdırıb. İsrail şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin bərpasında da iştiraka maraq göstərmələrinin məmnunluq doğurduğunu ifadə edib.

Azərbaycanla İsrail arasında dostluq və yüksək siyasi etimadın formalaşmasında ölkəmizdə yaşayan yəhudi icmasının xüsusi rolunu qeyd edən nazir Azərbaycanda sahibkarlığın inkişafına göstərilən ardıcıl və sistemli dövlət dəstəyini diqqətə çatdırıb. S.Babayev pandemiya dövründə ölkəmizdə məşğulluğa və sosial rifaha dəstək tədbirləri, iş yerlərinin, əməkhaqlarının qorunması, məşğulluq imkanlarının artırılması işlərindən bəhs edib. İldən-ilə genişlənən sosial müdafiə və aktiv məşğulluq proqramları barədə məlumat verib. O, şəhid ailəsi üzvləri və qazilərin məşğulluğuna dəstək məqsədilə artıq bir aydır ki, davam edən “Məşğulluq marafonu”nu qeyd edib. Marafona qoşulan işəgötürənlərin sayının artmaqda olduğunu bildirib.

Nazir qeyri-formal məşğulluğun qarşısının alınması tədbirlərindən, formal məşğulluğa keçidi stimullaşdırmaq üçün tətbiq olunan təsirli mexanizmlərdən bəhs edib. Əmək müqavilələrinin sayında artım dinamikasını, sahibkarlarla sosial dialoqun inkişaf etdirildiyini diqqətə çatdırıb. DOST konsepsiyası, sosial sahədə proaktiv xidmətlər barədə məlumat verib.

S.Babayev həmçinin İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası üzvlərinin suallarını cavablandırılıb.

Görüşdə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşlığı çərçivəsində şəhid övladlarının və qazilərin məşğulluq imkanlarının artırılması məqsədilə onların informasiya texnologiyaları üzrə peşə hazırlığı kurslarının təşkili və tərəfdaş şirkətlərdə işlə təmin olunması layihəsinin təqdimatı olub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here