Sahil Babayev erməni təxribatları barədə müraciət ünvanlayıb

Sahil Babayev erməni təxribatları barədə müraciət ünvanlayıb

Nazir Sahil Babayev erməni təxribatları barədə digər ölkələrdəki həmkarlarına, nazirliyin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlara müraciət edib.

Sahil Babayev erməni təcavüzü və 27 sentyabrdan törədilən hərbi təxribat barədə digər ölkələrdəki həmkərlarına və nazirliyin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların rəhbər şəxslərinə rəsmi müaciət ünvanlayıb.

Müraciətdə 27 sentyabrdan başlayaraq Azərbaycanın hərbi birləşmələrinin mövqelərinin, yaşayış yerlərinin Ermənistan ordusu tərəfinfən ağır artilleriya atəşinə məruz qaldığı bildirilir. Nəticədə tərəfimizdən 30 mülki şəxs həlak olub, 143 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, altmış altı mülki obyekt, 427 fərdi yaşayış evi yarasız vəziyyətə düşüb. Bununla da Ermənistan tərəfi beynəlxalq humanitar və insan hüquqlarını kobul şəkildə pozub və bununla yanaşı destruktiv siyasət apardığını da bir daha təsdiqləyib.

Eyni zamanda müraciətdə Azərbaycan tərəfinin Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq və yerli sakinlərimizi qorumaq məqsədilə əks-hücum əməliyyatına başladığı bildirilir.

Ermənistan baş naziri Paşinyanın “Qarabağ Ermənistandır” açıqlamasının və Ermənistan rəhbərliyinin danışıqlar prosesini pozmaq niyyətində olduğu da müraciətdə qeyd olunur. Bu da vurğulanır ki, bütün bu baş verənlər danışıqların formatını dəyişdirmək kimi qiymətləndirilməlidir. Minsk qrupunun həmsədrləri də bu faktı təsdiqləyir.

Müraciətdə təcavüzkar Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq olunmasını vacibliyi də vurğulanır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here