Sahil Babayev mükafata layiq görülüb

Sahil Babayev mükafata layiq görülüb

Sosial müdafie naziri Sahil Babayev mükafata layiq görüldü.

“Caspian Energy Club” altıncı Beynəlxalq “Caspian Business Award-2021” mükafatının təqdimetmə mərasimini həyata keçirib. Təqdimetmə mərasiminə dövlət qurumları, diplomatik missiyaların nümayəndələri və “Caspian Energy Club” üzvləri qoşulub. Həmin mərasimdə nominasiyalar üzrə mükafatlar təqdim edilib..

Nazir Sahil Babayevə biznes-hökumət dialoqunun inkişafına verdiyi töhfəyə görə “Caspian Business Award-2021” mükafatına layiq görülüb.

“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev ilin yekunu üzrə mükafatlara layiq görülən şəxslərin kluba üzv şirkət rəhbəri arasında keçirilən sorğunun nəticələri əsasında müəyyənləşdiyini söyləyib.

Sahil Babayev “Caspian Energy Club”un rəhbərliyinə və üzvlərinə dərin minnətdarlığını dilə gətirib.

O, ölkə başçısı İlham Əliyevin tapşırığı ilə sosial və məşğulluq sahəsində geniş miqyaslı islahatların aparıldığını mərasim iştirakçılarının diqqətinə çatdırıb. Həmin islahatlar zamanı, eyni zamanda əmək qanunvericiliyinin təkmilləşdirilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması, aktiv məşğulluq proqramlarının icrası və iş yerlərində əmək qanunvericiliyinin tətbiqi işlərində sahibkarlarla və biznes strukturları ilə sosial dialoq müstəvisində əməkdaşlığa xüsusi rol ayrıldığını söyləyib.

Nazir həmçinin “Caspian Energy Club”la Nazirliyin fəal əməkdaşlıq təcrübəsinin formalaşdığını da sözlərinə əlavə edib. Sahil Babayev növbəti illərdə də bu əməkdaşlığın davam edəcəyini qeyd edib.

Qeyd edək ki, 2002-ci ildə yaradılıb və təşkiat dünyanın 50 ölkəsindən beş mindən artıq şirkət və təşkilatı özündə birləşdirir.