Sahil Babayev erməni təcavüzü nəticələrinin aradan qaldırılması üçün sosial müdafiə və məşğulluq sahələrində Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə layihələrin davam edəcəyini bildirib.
Nazir Sahil Babayev erməni qəsbkarlarının ölkəmizə və xalqımıza qarşı vurduğu ziyanı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin rabiq rəhbəri Elena Sessera və Nümayəndəliyin yeni rəhbəri Airan Bauer ilə görüş zamanı danışıb. Görüş videformatda baş tutub.
Nazir eyni zamanda bildirib ki, ölkəmiz üçün mühüm beynəlxalq humanitar tərədaş olan BQXK (Beynəlxalq Qızıl Xaç Komitəsi) ilə sosial müdafiə, məşğulluq və reabilitasiya sahələrində müsbət əməkdaşlıq var. Bu formalaşmış təcrübə həmin sahələrdə, eyni zamanda cəbhəyanı ərazilərdə sosial dəstək məqsədli və həmçinin məşğulluğun artırılmasına yönələn birgə layihələrin davam etdirilməsini təmin edir.
Sahil Babayev erməni ordusunun ölkəmizə qarşı təcavüzkar siyasətini davam etdirdiyi və mütəmadi olaraq hərbi təxribatlar törətdiyi ilə bağlı məlumat verib. Güclü ordular sırasında olan ordumuz isə düşmənə layiqli cavabını verib. Nazir ölkəmizin ərazi bütövlüyünün müdafiəsi yolunda əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiya xidmətləri ilə əhatə olunmaları, şəhid ailələrinin, müharibədə itkin düşmüş insanların ailələrinin sosial təminatı istiqamətində görülən işlərdən də görüş zamanı danışıb. Bununla yanaşı, reabilitasiya sisteminin inkişafı, yeni reabilitasiya mərkəzlərinin yaradılması ilə bağlı mühüm işlər də aparılır.
Nazir Sahil Babayev 2019-2020-ci illərdə birgə icra olunan və ödənişli ictimai işlər proqramına dəstək olan layihələrin önəmindən danışarkən bildirib ki, bütün ölkə ərazisində olduğu kimi, cəbəhyanı ərazilərimizdə də sosial müdafiə və aktiv məşğulluq proqramlarının, özünəməşğulluq proqramının genişləndirilməsi işlərinin geniş vüsət alıb.