Tahir Salahov kimdir?

Tahir Salahov Azərbaycan və Rusiyya rəssamı, pedaqoq, professor, 1997-ci ildən etibarən Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti

Tahir Salahov təhsili

Tahir Salahov 29 noyabr 1928-ci ildə Bakıda anadan olub. 1945-ci ildə Bakıda orta məktəbi bitirən Tahir Salahov 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbini bitirir və V.İ. Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə daxil olur. 1951-ci ildə isə V.İ. Surikov adına Moskva İncəsənət İnstitutuna daxil olub.

İlk əsəri olan “Dalğa” və “Estekada”nı 1955-ci ildə çəkib. Oktyabr inqilabının 40 illiyinə həsr olunmuş həsr olunmuş Ümumittifaq sərgisində diplom işi “Növbədən qayıdanlar” əsəri ilə iştirak edib. Elə həmin ildə də Tahir Salahov SSRİ Rəssamlıq İttifaqında üzvlüyə qəbul edilib.

Tahir Salahovun eserleri

Rəssam “Səhər eşelonu” əsərini 1958-ci ildə çəkib. 1959-cu ildə isə “Rezervuar parkı”, “Neftçi” əsərlərini çəkib. Elə həmin ildə də sosialist ölkələrinin təsviri sənət əsərlərinin Beynəlxalq sərgisində iştirak edib. Sərgi Moskvada keçirilib.

“Təmirçilər” və “Qara Qarayevin portreti” əsərlərini 1960-cı ildə çəkib.

1960-cı ildə “Xəzər üzərində” əsərini çəkib.

Oktyabr inqilabının 50 illiyinə həsr olunmuş Ümumittifaq bədii sərgisində – 1967-ci ildə “Abşeron qadınları”, “Bəstəkar Fikrət Əmirovun portreti” və “Aydan” işləri ilə iştirak edib.

Tahir Salahovun ev muzeyi

2011-ci ildə Avropa Elm və Incəsənət Akademiyasının həqiqi üzvü və Almaniya Rəssamlar İttifaqının fəxri üzvü seçilib. 1 il sonra 2012-ci ildə isə Ulyanovskdə keçirilən A.A. Plastova adına təsviri incəsənət sahəsində beynəlxalq mükafatın – “Beynəlxalq Adlar” nominasiyasının laureatı adına layiq görülüb.

2012-ci ildə İçərişəhər tarixi-memarlıq qoruğunun İlyas Əfəndiyev küçəsində ev-muzeyi açılıb. Ev-muzey Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı özünün rəsm əsərlərindən ibarət kolleksiyası və şəxsi arxivi əsasında yaradılıb.

Tahir Salahov ölümü

Rəssam Tahir Salahov 92 yaşında –  2021-ci il 20 may tarixində Almaniyanın Berlin şəhərində müalicə olunduğu ağciyər iltihabından vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Tahir Salahov resm əsərləri
Bəstəkar Qara Qarayevin portreti (1960)
Tahir Salahov eserleri
Roma. Kafe “Qreko” (2002)
Tahir Salahov kimdir
Monakoda görüş
Növbədən qayıdanlar
Növbədən qayıdanlar (1957)
Əvvəlki yazıMozart kimdir?
Növbəti yazıİnam Kərimov kimdir?