İnam Kərimov kimdir? sözünü axtarış edirsinizsə, axtardığınız məqalə buradadır:

İnam Kərimov haralidir?

İnam Kərimov 1977-ci il iyun ayının 6-da Bakıda anadan olub.

İnam Kərimovun təhsili

Kənd Təsərrüfatı naziri İnam Kərimov Bakıda Humanitar Fənlər Gimnaziyasında 1984-1994-cü illər arasında təhsil alıb. 1994-1995-ci illərdə isə ABŞ-ın İndiana ştatında “Richmond High School”da təhsilinə davam edib.

1995-ci ildə Bakı Dövlət Universitetinin  Beynəlxalq hüquq fakultəsində təhsil almağa başlayıb. 1998-2000-ci illər ərzində Fransanın Strasburq Universitetində hüquq üzrə bakalavr təhsili alıb. Növbəti 2 ildə isə (2000-2002-ci illər) Sarbonna Universitetində hüquq üzrə magistr dərəcəsi alıb.

Sarbanno Universitetində hüquq üzrə doktor elmi dərəcəsi əldə edib.

İnam Kərimov fəaliyyəti

2002-2004-cü illər ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məsləhətçi kimi, 2004-2012-ci illəri əhatə edən dövrdə isə baş məsləhətçi olaraq çalışıb.

2005-2012-ci illər ərzində Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi vəzifəsində çalışıb.

2005-2012-ci illər GRECO-da (Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edib.

Dövlət başçısı İlham Əliyevin 2012-ci il 7 sentyabr tarixində imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.

“Azərbaycan Respublikasında biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” prezident İlham Əliyevin 13 iyul 2016-cı ildə imzaladığı 2199 nömrəli sərəncamı ilə tərkibi təsdiq edilən Komissiyanın üzvüdür.

Ölkə başçısı prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli imzaladığı 1984 nömrəli Sərəncamı ilə tərkibi təsdiq edilən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının üzvüdür.

Prezidentin 21 aprel 2018-ci il tarixində 9 nömrəli sərəncamı əsasında İnam Kərimov Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olundu.

Mənbə: az.wikipedia

Əvvəlki yazıTahir Salahov kimdir?
Növbəti yazıMədət Quliyev kimdir?