Mədət Quliyev kimdir?

Mədət Quliyev – Azərbaycanın Milli Qəhrəmanı, siyasətçi, general-polkovnik, polis general-mayoru və ədliyyə general-leytenantı.

Mədət Quliyev həyatı

Mədət Quliyev 27 sentyabr 1958-ci ildə Gəncədə anadan olub.

Birinci sinfə 1965-ci ildə Gəncədə 1 nömrəli tam orta məktəbdə gedib. 1975-ci ildə isə Gəncədə 8 nömrəli tam orta məktəbin X sinfini bitirib.

1975-1980-ci illər arasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi İntitutunda təhsil alan Mədət Quliyev, 1980-1982-ci illər arasında Sovet İttifaqı Silahlı Qüvvələrinin Ermənistan və Gürcüstanda yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olub.

1971-ci ildən idmanla məşğul olub və 1976-cı ildən 1980-ci ilə qədər sambo üzrə Azərbaycan SSR yığmasının heyətində çıxış edərək bir neçə yarışlarda da qələbə qazanıb.

Mədət Quliyev fəaliyyəti

Mədət Quliyev həqiqi hərbi xidmətini başa vuraraq 1980-ci ildən Gəncədə Dinamo İdman Cəmiyyətində təlimatçı olaraq çalışıb.

1983-cü ildən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət edib

1992-94-cü illər ərzində isə Terrorizm və Bandatizmlə mübarizə şöbəsinin rəisi olub. 10 dekabr 1993-cü ildə cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı ağır güllə ilə yaralansa da, geri çəkilməyərək cinayətkarlar zərərsizləşdirildi.

1994-95-ci illər ərzində DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi kimi çalışıb.

1995-96-cı illər ərzində DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini kimi fəaliyyətini icra edib və 2001-2002-ci illərdə isə elə həmin idarənin rəisi olub.

2002-2004-cü illərdə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi və 2004-2006-cı illərdə İnterpolun Milli Mərkəzi Bürosunun rəisi olub.

2006-2011-ci illər arasında DİN Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində işləyib. 14 fevral 2011-ci ildə isə Mədət Quliyev ədliyyə nazirinin müavini və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi vəzifəsində çalışıb.

2015-ci il 14 dekabr tarixində Dövlət Təhlükəsizliyi Xidməyinin rəisi vəzifəsinə təyin edilib və bu vəzifədən 2019-cu il 20 iyun tarixində azad edilərək, elə həmin tarixdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.

Əvvəlki yazıİnam Kərimov kimdir?
Növbəti yazıSahil Babayev kimdir?