Home Şəhidlər Sahil Babayev kimdir?

Sahil Babayev kimdir?

0
Sahil Babayev kimdir?

Sahil Babayev kimdir?

Vətən müharibəsinin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Sahil Babayev 2002-ci ildə 5 iyul tarixində Şabranın Ceyranlı kəndində anadan olub. Doqquz il həmin kənddə təhsil alan Sahil Babayev daha sonra Şabran şəhərindəki 2 saylı tam orta məkətb-liseyə daxil olub. Məktəbi bitirdikdən sonra isə 2019-cu ildə Bakı Turizm Kollecinə daxil olub.

Sahil Babayev hərbi xidmət

Sahil Babayev təhsilini yekunlaşdırmamış 2020-ci ilin 7 iyul tarixində həqiqi hərbi xidmətə yollanıb. O, Azərbaycan Ordusunun əsgəri olub və 27 sentyabr 2020-ci il tarixində  Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalında olan torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsində iştirak edib. 2020-ci il 20 oktyabr tarixində əsgər Sahil Babayev torpaqlarımız uğrunda gedən ağır döyüşlərdə həlak olaraq, şəhid olmuşdur. Şəhidin nəşi 21 oktyabr tarixində anadan olduğu Ceyranlı kəndində dəfn edilib.

Sahil Babayev medalları

Ərazi bütövlüyümüzün təmin edilməsi yolunda gedən ağır döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Sahil Babayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Suqovuşanın azad odulması uğrunda gedən döyüşlərə qatılaraq göstərdiyi nümayişə görə İlham Əliyev tərəfindən 29.12.2020-ci il tarixində imzaladığı sərəncamı əsasən Sahil Babayev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Mənbə: wikipedia.org

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here