Bethoven kimdir?

Bəstələri və maraqlı həyat hekayəsi ilə çox önəmli şəxsiyyətlərdən biri olan Ludviq Van Bethoven 19-cu əsr klassik musiqisinin dahisi olan bəstəkar və pianoçusudur. 17 dekabr 1770-ci ildə Almaniyanın Bonn şəhərində kasıb bir ailədə anadan olmuşdur. Babasının adını daşıyan musiqiçinin çox kədərli bir həyatı var idi. Atası sərxoş idi. Bethovenin ümumilikdə yeddi qardaşı var idi və qardaşlarından yalnız üçü sonrakı illərdə sağ qaldı.

Atası 4 yaşında oğlunun musiqi bacarığının olduğunun fərqinə varmışdır. Beləliklə atasının məcburiyyətiylə piyano ilə tanış olur və 10 yaşında başqa bir önəmli bəstəkar Wolfgang Amadeus Mozartla tanış olur. Mozard onu ilk dəfə dinlədiyində “Bu uşağa yaxşı baxın! Gün gələcək bütün dünya onu tanıyacaq” demişdir. 2 həftə sonra anası xəstə olduğundan geri qayıtmalı olur və həmin il anası vəfat edir. 18 yaşında bütün ailəsini dolandırmağa başlayır.

Musiqi ilə məşğul olan Bethovenin gənc yaşlarından eşitmə qabiliyyətini zəifləyir və 26 yaşına çatdıqda eşitmə qabiliyyətini tamamilə itirir. Buna baxmayaraq musiqiyə olan həvəsini onu yenidən həyata bağlayır.

Bethovenin  yaradıcılığı

1778-ci ildə ilk konsertini verəndə cəmi 7 yaşında idi. 1783-cü ildə Neefenin köməyi ilə ilk bəstəsini yayımladı. Sonra müəlliminin köməkçisi kimi işə başladı və ilk pulunu qazanmağa başladı. 1795-ci ildə konsert verməyə başladı və 13 il ərzində dəfələrlə tamaşaçı qarşısına çıxdı.

“Bethoven kimdir?” deyə suraşsalar, ağla onun 9 simfoniyası gələr. Bu gün Avropa Birliyinin himni olan 9-cu simfoniyanı kar olduğu dövrdə bəstələmişdir. 7 May 1824-cü ildə eşitməsə də, 9-cu simfoniyasının premyerasında orkestri özü idarə etmişdir.

722 əsəri olan dahi bəstəkar haqqında bir neçə film çəkilmişdir.

Əvvəlki yazıMark Tven kimdir?
Növbəti yazıİssak Nyuton kimdir?