Röya kimdir? sualına qarşılıq olaraq xarici və yerli mənbələrdə “Azərbaycanın Rihannası” cavabını görə bilərsiniz.

Röya Ayxan adı ilə məşhur olan sənətçinin əsl adı Röyalə Nəcəfovadır. O, 14 iyun 1982-ci ildə doğulmuşdur. Bəzi mənbələrdə Ağdam rayonunda doğulduğu qeyd olunsa da, öz sözlərinə görə Bakıda anadan olub. Orta məktəb təhsilini Bakıda alan müğənni 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq Fakültəsinə daxil olub.

Musiqi karyerası

1999-cu ildə W-Trio adlı musiqi qrupunda karyerasına başlayan Röya ilk vaxtlar Aygün Kazımovanın yanında çalışmışdır. 2002-ci ildə qrupdan ayrılan müğənni karyerasına tək davam etmək qərarı alır. 2005-ci ildə “Gəl danış” adlı albomu ilə sevənlərinin qarşısına çıxan Röya, 2011-ci ildə “Albom kolleksiyası” albomu ilə yoluna davam etmişdir. 2012-ci ildə isə “Göndər” və “Albom kolleksiyası”, 2013-cü ildə isə “Gəmiçilər” adlı ablomunu sevənlərinə təqdim etmişdir. 2015-ci ildə “Kesin bilgi” albomu ilə Türkiyədə də çox məşhur olmağı bacarmışdır. Bu albomu çıxarmasında türkiyəli müğənni Gülşən ona yardım etmişdir. Röya Türkiyənin “Altın Kelebek ödülleri” mərasimində Azərbaycanın ən parlaq ulduzu mükafatını almışdır.

2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuda “İlin müğənnisi” və “İlin konserti” nominasiyaları üzrə qalib olub. 2015-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2019-cu ildə isə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.

Əvvəlki yazıSahil Babayev kimdir?
Növbəti yazıMorqan Friman kimdir?