Nazir müavini Şamaxıda vətəndaşları qəbul edəcək

Nazir müavini Şamaxıda vətəndaşları qəbul edəcək

Mayın 25-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müavini Anar Əliyev Şamaxıda sakinləri qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid olan müraciətlərinə cavab veriləcək, müraciətlərdə əksini tapan məsələlərin həlli istiqamətində tədbirlər görüləcək.

Vətəndaşlar 16-21 may tarixlərində nazirliklə rəsmi əlaqə saxlayıb (info@social.gov.az elektron poçt ünvanı və ya poçt vasitəsilə) və ya 142 Çağrı Mərkəzinə müraciət etməklə qəbula yazıla bilərlər.

Vətəndaşların qəbulu qeydiyyatda olan şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında həyata keçiriləcək.