Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev bocciaçıları Xorvatiyadakı qələbə münasibəti ilə təbrik edib.
Ölkəmizə 2 qızıl, 1 bürünc medalı qazandıran idmançılarla Sahil Babayevin görüşü keçirilib.
Görüşdə Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Paralimpiya yarışçılarımıza olan qayğısı və diqqətindən danışlıb.
Eyni zamanda Əmək və əhalinin sosial müdafə nazirliyinin bu sahəyə olan geniş dəstəyi ciddi önəm kəsb edir.
Sonda xatirə şəkli çəkilib.