Nazir Sahil Babayev erməni qəsbkarlarına qarşı mübarizədə şəhid olan şəxslərin ailəsi və müharibə iştirakçıları olan 4 min 500-dən çox olan şəxsin sosial dəstəklə əhatələndiyini bildirib.
Sahil Babayev erməni işğalçıları ilə mübarizə aparan bu katqeoqriyalardan olan 4500-dən artıq şəxsin son bir ayda xüsusi qayğı və sosial dəstəklə əhatə edildiyini əlavə edib.
Bu sözləri Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə çıxışı zamanı deyib. Eyni zamanda nazir, şəhid ailəsi üzvlərindən 1500-dən çoxuna artıq müvafiq sosial ödənişlərin təyin edildiyini və 1300 ailənin isə özünüməşğulluq proqramına cəlb olunduğunu xüsusi olaraq vurğulayıb.
Nazir bu kateqoriyadan olan insanlara reabilitasiya və sosial psixoloji dəstək istiqamətli xidmətlərin göstərildiyini də Milli Məclisdə çıxışı zamanı qeyd edib.
O, deyib ki, son bir ay ərzində şəhid və yaralanmış hərbçilərin ailələrindən 2 minə qədər ailə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəindən sosial psixoloji dəstəklə əhatə olunub. Həmin insanların bir qismi qurumun reabilitasiya müəssisələrində sosial psixoloji reablitasiya xidmətləri ilə təmin edilib. Digər insanların isə evlərinə gedilməklə, səyyar şəkildə psixoloji dəstək verilib. Bütün bu istiqamət üzrə işlər isə hələ də davam etdirilir.