Sahil Babayev erməni tərəfinin ölkəmizə qarşı hərbi təcribatlarından, mülki əhalimizə qarşı raket və ağır artilleriya hücumları barədə MDB dövlətlərinin əmək və məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının üzvlərinə məlumat verib.
İclasa Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Moldova, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanın da nazir və nazir müavinlərindən əmək, məşğulluq, sosial müdafiə üzrə qurumlarının əməkdaşları və MDB İcraiyyə Komitsəi, MDB Parlamentlərarası Assambleyası və Beynəlxalq Əmək Təşkilatı, MDB Ümumhəmkarlar İttifaqları Konfederasiyası və MDB Dövlətlərarası Statistika Komitəsinin səlahiyyətli nümayəndələrindən ibarət altmışa yaxın şəxs qoşulub.
İclas MDB İcraiyyə Komitəsinin sədr müavini Aqıbay Smaqulovun giriş nitqilə açılıb. Daha sonra Sahil Babayev erməni tərəfinin BMT-nin qətnamələrinə məhəl qoymadan 30 ilə yaxın müddətdə torpaqlarımızı 20 faizini işğal altında saxladığını və 27 sentyabr tarixində ölkəmizə qarşı yenidən təxribat törətdiyini söyləyib. Hərbi birləşmələrimizin mövqeləri, hətta cəbhədən də aralı yerləşən və heç bir hərbi obyektin yerləşmədiyi yaşayış məntəqələri Ermənistan orudu tərəfindən artilleriya atəşlərinə və raket hücumlarına məruz qalıb.
Sosial müdafie naziri Sahil Babayev erməni silahlı qüvvələrinin beynəlxalq humanitar normaları pozaraq mülki insanlarımızı hədəflədiyini söyləyib. Oktyabr ayının 4, 11 və 17-də Ermənistan ordusunun Gəncəyə raket hücumları nəticəsində ümumilikdə 26 nəfər həlak olub. Bunlardan 10-u qadın, 6-sı isə uşaq olub. 138 nəfər isə ağır yaralanıb. Cəbhədən uzaq yerləşən rayonlarımıza da Ermənistanın hücumları davam edir.
Ümumilikdə isə 27 sentyabr tarixindən Ermənistan ordusu mülki əhalimizi, yaşayış bölgələrimizi atəşə tutub. Bunun nəticəsində də tərəfimizdən 90 mülki şəxs həlak olub, 400-ə yaxın şəxs yaralanıb və infrastruktura ziyan dəyib.
Sahil Babayev ordumuzun təcavüzü dayandırmaq, əhalimizi qorumaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, ərazi bütövlüyümüzü təmin etmək məqsədilə əks-hücum tədbirlərini görməyə məcbur olduğunu söyləyib.