Sahil Babayev çıxış etdiyi cari rübün təhlilinə dair olan iclasda vurğulamışdır ki, 4000-dən çox insan özünüməşğulluq programına, peşə məsləhətçilərinə və peşə hazırlığına cəlb olunmuş, ümumilikdə 11min insan işlə təmin olunmuşdur. Agentliyi Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanı ilə təltifləndirilmiş DOST Agentliyi mərkəzlərində 806min-dən çox insana xidmət göstərilmişdir. Şəhid ailələri və müharibə qaziləri ilin birinci rübündə 200, müharibədən sonrakı dövrdə 3200, ümumilikdə isə 12500-dən çox mənzil və ya fərdi yaşayış evi alıblar. Bu il 1500 şəhid ailəsi və qazilərə mənzil və fərdi mənzil verilməsi nəzərdə tutulub.
Aparılan islahatların nəticəsidir ki, ölkəmizdə bir sıra artımlar müşahidə olunur. Bunlara misal olaraq sosial muavinətlərdə müşahidə olunan 21%-lik artımı göstərmək olar. Eyni zamanda aylıq ödənişlərin vaxtı vaxtında verilməsi təmin olunur.
Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev xüsusilə illik maliyyə dəyəri 2,1 milyard manatdan çox olan bu yeni islahatlar paketinin 3,4 milyonunun əhalinin rifahı üçün ayrıldığını vurğulamışdır.
Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə aparılan sosial sahədə islahatların uğurları beynəlxalq miqyasda yüksək qiymətləndirilir.