Sahil Babayev qazilər və şəhid ailələrinin məşğulluğu ilə bağlı çağırış edib

Sahil Babayev qazilər və şəhid ailələrinin məşğulluğu ilə bağlı çağırış edib

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı üçün start verilən Məşğulluq marafonuna qoşulanların sayı artır.

Sosial müdafiə naziri Sahil Babayev Mesgulluq marafonuna 100-dən çox işəgötürənin qoşulduğunu və vakansiyalarını sistemə daxil etdiyini söyləyib. Eyni zamanda hər bir işə götürəni Sahil Babayev Məşğulluq marafonuna qoşulmağa dəvət edib.

İşəgötürən şəxslər bu marafona qoşularaq qazilərimiz və Vətən uğrunda həlak olan şəhidlərimizin yaxınlarının məşğulluğuna dəstək vermiş olurlar.

Emek və Ehalinin Sosial müdafiesi nazirliyi tərəfindən başladılan marafona qoşulmaq üçün işəgötürən şəxslər dma.gov.az/layiheler/mesgulluq-marafonu  linkinə daxil olaraq vakansiyalarını göndərə bilərlər.

Sahil Babayev Məşğulluq Marafonu haqqında etdiyi çağırışın videosunu təqdim edirik: