Antik dövrün ilk və ən böyük alimi sayılan Arximed eyni zamanda bir çox ixtiraya da imza atmışdır. Bəs Bəs Arximed kimdir? Arximedin həyatından bəhs edərkən ixtiralarını da sizin üçün sıraladıq.
Arximed e.ə 287-də Siciliyada Yunan mənşəli bir ailədə anadan olmuşdur. Atası məşhur astronom Fidiadır. Təhsilini dövrün elmi mərkəzi olan İskəndəriyyədə almışdır. Siciliyaya qayıtdıqdan sonra bütün ömrünü riyaziyyat və elmi araşdırmalara həsr etmişdir.
İsgəndəriyyədə olduğu dövrdə dost olduğu Eratosfen və Kononla yazışmaları günümüzə qədər gəlib çatmışdır. Arximedin bioqrafiyası dostu Heracleides tərəfindən yazılmış, lakin bu əsər sonra yoxa çıxmışdır. Bu əsər itdiyinə görə onun həyatı haqqında çox məlumat yoxdur. Məsələn, evli və ya uşaq sahibi olduğu bilinmir. Ölümü haqqında da bir neçə rəvayət var. Rəvayətlərdən biri görə o, olduğu şəhər ələ keçirildiyində əmrə tabe olmayaraq oranı tərk etmədiyini üçün bir əsgər tərəfindən öldürülmüşdür.
Arximedin elmi işləri və ixtiraları
Riyaziyyatla bağlı yazdığı “Konoida və sfereoidlər”, “Spiral haqqında”, “Qum rəqəmləri”, “Üzən cisimlər”, “Kürə və silindr”, “Çevrənin ölçülməsi”, “Tarazlıqda olan səthlər” əsərlərindən sadəcə üçü orijinal formada günümüzə gəlib çatmışdır. Lingin işləmə prinsipi, vint, cisimlərin ağırlıq mərkəzi və Arximed qanunu onun mexanika sahəsində vacib ixtiralarındandır.
Hidrostatika və mexanikanın əsaslarını qoyan Arximedin “Mənə bir dayaq nöqtəsi verin, dünyanı yerindən oynadım.” ifadəsi əsrlər boyu dillərdən düşməmişdir.