Leonardo da Vinci kimdir? desələr, yəqin ki, ağla ilk gələn məşhur Mona Lisa rəsm əsəri olar.
Zəkası, istedadı və yaratdığı möhtəşəm əsərləri ilə dünyanın ən böyük dahisi və sənətkarı kimi tanınan Leonardo da Vincini gəlin birlikdə araşdıraq.
1452-ci ilin 15 aprelində Florensiya Respublikasında Vinçi şəhəri yaxınlığındakı kənddə anadan olmuşdur. Soyadı olmayan bu adamın adının sonundakı “da Vinci” ifadəsi sadəcə “Vincidən olan” mənasına gəlir.
Rəsmi evlilikdən kənar doğulan Leonardo 1466-cı ildə atasıyla birlikdə Florensiyaya gedir, amma o vaxtı belə uşaqların universitetə girməsi qadağan idi. Buna görə ali təhsil almaq ümidini itirir və özünü rəssamlığa həsr edir. Bunu görən atası onu Andrea di Çionenin yanına göndərir. Burada o, məhşur rəssamlarla tanış olur.
Lonardo da Vinci yaradıcılığı
Bir çox sahədə çalışan dahi şəxsiyyət 1490-cı ildən bütün işlərini dəftərə qeyd etməyə başlamışdır. Leonardo da Vinci elm və memarlıq tədqiqatlarını 13000 səhifəlik bir dəftərdə toplamışdır. O, müşahidə etdiklərini 200-dən çox rəsmdə təsvir etmişdir. Bu rəsmlər ölümündən sonra “Rəsm haqqında tezislər” olaraq nəşr olunmuşdur. Ən məşhur əsərləri “Mona Liza”, “Sonuncu şam yeməyi”, “Vəftizçi İohann”, “Müjdə”, “Dionis” və “Dünyanın xilaskarı” əsərləridir. Bəzi məlumatlara görə 1503-cü ildə çəkməyə başladığı müddətdə Mono Lisa əsərini getdiyi hər yerə götürürmüş.
O, 1513-1516 arasında Romada olduğu müddətdə anatomiya və fiziologiya ilə maraqlanmışdır. 1519-cu ildə vəfat edən dahi şəxsiyyət eyni zamanda paraşüt, velosiped, tank, projektor, robot, ikilinzalı teleskop və sairə kimi ixtiraların müəllifidir.