Antik dövrdə yaşamış ən əhəmiyyətli filosoflardan biri olan Aristotel, dövrünü ən yaxşı şəkildə təsvir edən şəxs olmuşdur. Bəs Aristotel kimdir?
E.ə. 4-cü əsrdə Yunanistanda dünyaya gəlmişdir. Atasını uşaqkən itirən Aristotel Makedoniya sarayında böyümüşdür. 17-18 yaşlarında Atinadakı Plotonun akademiyasına qatılır və 20 il orada qalmışdır. Daha sonra Makedoniya sarayına qayıdır və Böyük İsgəndərə müəllimlik edir. O, Atinaya qayıtdığında Plotonun kimi məktəb qurur. Böyük İsgəndərin ölümündən sonra Atinanı tərk etməli olan Aristotel bundan 1 il sonra Xalkida şəhərində vəfat etmişdir.
Aristotelin yaradıcılığı
Siyasətdən astronomiyaya, zoologiyadan fəlsəfəyə, məntiqdən biologiyaya qədər bir çox sahədə əhəmiyyətli işlər görmüşdür. Fəlsəfə və məntiqlə bağlı işlərində özünə rəhbər olaraq Platonu seçmişdir.
Yunanistanda ilk böyük elmi kitabxananı qurmuş, ilk xəritə kolleksiyasını hazırlamış, ilk təbiət tarix muzeyini yaratmış Aristotel həm də elmlərin təsnifatını vermiş ilk insandır.