20-ci əsrin ən əhəmiyyətli yazıçılarından biri olan Franz Kafka həm əsərləri, həm də həyatı ilə dünya ədəbiyyatında iz qoymuş bir addır. Bəs Franz Kafka kimdir?

Bədbəxt sonlarla bitən hekayələri və atasına nifrətini ifadə edən, lakin heç göndərmədiyi məktubları ilə xatırlanır! Gəlin qələm götürdüyü anda kədərini cəsarətlə kağıza tökən Franz Kafkanın kim olduğunu birlikdə araşdıraq.

3 iyul 1883-cü ildə Praqada həyata gözlərini açıb. Onun qardaşları 7 yaşına çatmadan ölür. Bacıları isə İkinci Dünya Müharibəsi zamanı öldürülür. Valideyinləri çox işlədiklərindən Kafka sevgidən çox uzaq böyüyüb.

Franz Kafka yaradıcılığı

Məşhur yazıçı sağlığında kitablar, məktublar, romanlar və gündəliklər yazır, ancaq dostu Max Broddan öldükdən sonra bütün əsərlərini yandırmasını istəyib. Dostunun bu vəsiyyətini yerinə yetirməyən Brod, Franz Kafka adını dünya ədəbiyyatının ən yüksək səviyyəsinə qaldırmağı bacardı.

3 iyun 1924-cü ildə vəfat edən modernist yazıçı, “Çevrilmə”, “Məhkəmə”, “Qəsr” və “Milenaya məktublar” adlı əsərləri ilə tanınır.

Əvvəlki yazıFyodor Dostoyevski kimdir?
Növbəti yazıMozart kimdir?