Mikayıl Müşfiq kimdir?

Azərbaycan Yazıçılar Birliyinin üzvü , “Azərnəşr”in keçmiş redaktoru, şairi, pedaqoqu və tərcüməçisi. Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə Bakı şəhərində tanınmış bir ailədə böyüyüb boya başa çatmışdır. O, hələ kiçik yaşlarında olanda valideynlərini itirmiş və qohumlarının himayəsində böyümüşdür.

Həyatı

Mikayıl Müşfiq uşaqlıq illərini xatırlayaraq yazırdı.

Hələ atamın sağlığında güzaranımız ağır keçdiyi halda, lap uşaqkən anam və atam vəfat etdi. Mən bir yetim halında daşkəsən əmim və bibimin yanında qaldım. Ac, yalavac, çılpaq bir uşaqlıq keçirdim.

Şairin nənəsi Qızqayıt xanımın, onun üzərində çox böyük zəhməti olmuşdur. Nənəsinin ona söylədiyi atalar sözləri, nağıllar, bayatılar şairin gələcək həyatında əhəmiyyətli rol oynamışdır.

Yaradıcılığı

O, gənc yaşlarında yaradıcılıqla məşğul olmuş, həyatını şeirlə bağlamış və ömrünün axırına qədər yazıb-yaratmışdır.

Mikayıl Müşfiq yaradıcılığına 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bu gün” şeiri ilə başlamış, sonrakı dövrlərdə məbuatda davamlı çıxışları olmuşdur.

Şairin  1932 –ci ildə “Günün səsləri”, “Vuruşmalar”, “Pambıq”, “Buruqlar arasında” kitabları ardınca isə  “Şeirlər”, “Çoban”, “Mənim dostum”, “Səhər”, “Sındırılan saz”, “Azadlıq dastanı”, “Buruq adamı”  əsərləri nəşr olunmuşdur.

Şairin 1937 –ci ildə on bir illik yaradıcılığı müddəti ərzində yazmış olduğu əsərlərini “Çağlayan” kitabında çap etdirmişdir. O, həmçinin “Səhər”, “Azadlıq dastanı”, “Sındırılan saz”, “Əbədiyyət nəğməsi”, “Şeirim”, “Yenə o bağ olaydı”, “Duyğu yarpaqları”, “Tərtərhes nəğmələri”, “Mingəçevir həsrəti”  əsərləridə kitabında yer almışdır.

Ölümü

Azərbaycan mədəniyyətinin görkəmli siması olan Mikayıl Müşfiq 1937-ci ildə repressiya qurbanlarından olmuşdur.

Sorğu keçirilən zaman şair əksinqilabçı millətçi olmadığını söyləmişdir.

Həbsdə olduğu zaman şairə bir çox işgəncələr verilmiş, buna baxmayaraq o, heç kəsin üzünə durmamışdı.

“Ədəbiyyat”, “Gənc işçi”, “Yeni yol” qəzetləri, “Hücum”, “İnqilab və mədəniyyət” jurnallarında şairin əleyhinə bir çox yazılar çap edilirdi. Şair 1938-ci ildə vəfat etmişdir.

Əvvəlki yazıAlbert Aqarunov kimdir?
Növbəti yazıVladimir Lenin kimdir?