Ölümünündən sonra saysız-hesabsız klassik əsərlər qoyan və kitablarını hələ də milyonlarla insan oxuyan Dostoyevski kimdir? deyə araşdırdıq. 1821-ci ilin 11 noyabrında Moskvada yoxsul bir ailədə dünyaya gəlmişdir. Əsəbi və həssas təbiətinə görə dostları ona “Alovlu Fedya” ləqəbi qoymuşdur. Gənc yaşda valideyinlərini itirən yazar çətin həyat yolu keçmişdir, amma Dostoyevski düşünürdü ki, acılar insana özünü tapmağa köməkçi olur.
Fyodor Dostoyevski yaradıcılığı
“Bədbəxt insanlar” adlı ilk kitabı 1846-da nəşr edilmişdir. Daha sonra “ Oxşar” və “Ev sahibəsi” adlı əsərlər yazsa da, əvvəlki qədər bəyənilmir. Buna baxmayaraq yazıçılığı buraxmamış və 1848-ci ildə “Bəyaz gecələr” və “Bir kövrək ürəkli” adlı kitablar yazmışdır. İstədiyi uğuru qazana bilmədiyindən siyəsətə maraq salan yazıçı bir müddət sonra həbs olunur və azadlığa çıxandan yenidən yazarlığa başlayır. Yazdığı “Alçaldılmış və təhqir olunmuşlar” və “Ölü evdən qeydlər” əsərləri ilə yenidən tanınmağa başlayır. Ən məşhur əsərlərindən biri olan “Cinayət və cəza”-nı 1866-cı ildə hissələr halında nəşr etdirir. 1867-ci ildə Avropa səyahətinə çıxır və bu zaman “İdiot”, “Əbədi ər” və “Cinlər” böyük romanlar yazır. 1879-cu ildə “Karamazov qardaşları” romanı hissə-hissə nəşr edilməyə başlamışdır. “Bir böyük günahkarın həyatı” adlı əsərini tamamlaya bilməyən yazar 1881-ci ildə xəstəlikdən xəfat edir.