Onun məşhur elmi işi cazibə qanunudur deyə bilərik. Hətta “İssak Nyuton kimdir?” sualına çoxu “Başına alma düşməsi nəticəsində cazibə qanunu kəşf edən elm adamı” deyər.
İssak Nyuton həyatı
Elmi inqilab edərək adını tarixə yazan İssak Nyuton riyaziyyatçı, fizik, kimyaçı, filosof və eyni zamanda ixtiraçıdır. Keçmişə baxdığımızda ən məşhur elm adamlarından biridir. O, 4 yanvar 1643-cü ildə İngiltərənin Qrentem şəhərciyinin yaxınlığındakı Vulstorp kəndində fermer ailəsində doğulmuşdur. Vaxtından öncə doğulduğundan çox zəif olub. Buna görə çoxu onun yaşayacağına inanmırdı. Uşaq doğulandan üç ay qabaq atası vəfat etmişdir.
İsaak Nyuton elmi fəaliyyətləri
18 yaşında Kembric Universitetinə daxil olmuşdur. Universitetin vəba epidemiyası səbəbindən bağlanması ilə elmi işləri yarımçıq qaldı. Taun epidemiyasından qorunmaq üçün anasının yaşadığı fermaya sığınan Nyuton orada iki il qaldı və bu müddət ərzində ən vacib kəşflərini etməyə başladı. 1667-ci ildə Trinity Kollecində müəllim işləyən Nyuton bu müddətdə bir çox elmi işlər ortaya qoydu. 1669-cu ildə, 27 yaşında, Cambridge Universitetində riyaziyyat professoru təyin edildi. Utancaq olduğundan bir çox ixtirasını illər sonra nəşr etdirən Nyuton integralla bağlı elmi işini düz 38 il sonra nəşr etdirib.