Aktyor, rejisor, prodüser və senarist kimliyinə sahib olan usta sənətçi “Aamir Khan kimdir?” deyə maraqlananlar üçün onun həyatını və yaradıcılığını araşdırdıq.

1965-ci ildə Hindistanın Maharaştra əyalətinin paytaxtı Mumbayda anadan olan Aamir Khan prodüser Tahir Hüseyin və Zeenat Hüseyin oğludur. Tam adı Mohammed Aamir Hussain Khandır.

Aamir Khan yaradıcılığı

9 yaşında əmisi Nəsir Hüseyinin filmi ilə kino kariyerasına ilk addımı atmışdır. 2001-ci ildə “Aamir Khan Productions” şirkətini qurmuşdur. Bununla birlikdə yardımsevərliyi ilə tanınan Aamir Khan Hind cəmiyyətində siyasi böhrana çevrilmiş müxtəlif sosyal problemlərə həll yolu axtarmaqdadır. Bu məqsədlə “Doğru hər zaman qazanır” adlı televiziya proqamı hazırlamışdır. 2011-ci ildə isə UNİCEF tərəfindən sülh elçisi seçilmişdir.

Aamir Khan filmləri

İlk uzun metrajlı filmi Holi (1984), ardından faciəvi sevgi filmi olan “Qiyamətdən qiyamətə”(1988) ilə uğurlarını uğur qatmışdır. Raakh (1989)  adlı qorxu filmindəki roluna görə isə mükafat qazanmışdır. O, “Filmfare Awards”-da ən yaxşı aktyor mükafatına layiq görülüb. Aamir Khan, eyni zamanda Kanada-Hindistan birgə istehsalı olan Earth (1998) roluna görə izləyicilərin rəğbətini qazanmışdır .

2001-ci ildə prodüserliyini etdiyi və çəkildiyi “Lagaan” filmi Oskar mükafatına namizəd olub. Dünyanın 10 müxtəlif ölkəsindən mükafatlar alıb. BBC-nin ölməzdən əvvəl görülməsi lazım olan 50 film siyahısına daxil olub.

2007 ci ildə rejissorluğunu və prodüserliyini etdiyi, eyni zamanda özünün də çəkildiyi “Yerdəki ulduzlar” filmi dünyanın bir çox ölkəsində böyük təqdirə layiq görülmüşdür. 2008-ci ildə çəkildiyi “Ghajini” filmi Hindistanda o vaxta qədər çəkilən bütün filmlərin rekordunu alt üst etmişdir. 2009-cu ildə çəkildiyi “3 axmaq” filmi isə “Ghajini”nin rekordunu keçmişdir. Bu film dünyanın bir çox ölkəsində hətta universitetlərdə də izlənilmişdir. Beləliklə də Hindistanda 2 dəfə belə yüksək rekorda sahib yeganə aktyor Aamir Khan olmuşdur.

İldə sadəcə bir filmə çəkilməyə üstünlük verən aktyor indiyə qədər 47 filmdə baş rolda çəkilib. Rol aldığı bir çox filmlər İMDB-də 8 dən yuxarı xal almışdır. Onlarla filmdə iştirak etmiş Aamir Khan “Mükafat mərasimlərində gerçək aktyorluğa yox, filmin kassa gəlirlərinə əhəmiyyət verilir” deyərək indiyə qədər heç bir mükafat mərasimində iştirak etməmişdir.

Növbəti yazıKemal Sunal kimdir?