Kamal Sunal 10 noyabr 1944-cü ildə Malatyada doğulub, ancaq o, “Mustafa Kamal Atatürkün vəfat etdiyi gündə doğum günü keçirə bilmərəm” deyərək doğum gününü ayın 11-i qeyd edirmiş.

Kemal Sunal həyatı

Dəcəl bir uşaq olan Kamal Sunal aşağı gəlirli ailədə böyüsə də xoşbəxt bir uşaqlığı olub. Məktəb illərində utancaq bir insan olaraq tanınsa da universitetdə bu çəkingənliyindən qurtulub. Onun teatra olan marağı fəlsəfə müəllimi Belkıs Bakırın diqqətini çəkmiş və ona peşəkar aktyor olması üçün yardım edə biləcəyini bildirmişdir. Atası ilk vaxtlar buna qarşı çıxsa da fəlsəfə müəllimi onu fikrindən döndərməyi bacardı.

Kemal Sunal yaradıcılığı

Sənət həyatına “Zoraki Tabip” adlı teatr oyunu ilə bağlayan aktyor filmlərdə çox zaman saf, şanslı, amma gözəl qəlbli biri kimi rol almışıdr. Universitetə qəbul olsa da maddi problemlər görə təhsil həyatına davam edə bilməmişdir. 35 yaşında əsgər gedən aktyor Türkiyənin bir çox bölgəsində əsgərlik etmişdir. Əsgərlikdən gəlib evlənən Kemal Sunal 1995-ci ildə yarımçıq qoyduğu universiteti bitirməyi bacarmışdır. Ardından magistr təhsili alan 48 yaşlı aktyor “Yəqin ki, məni heç kim araşdırmayacaq. Mən edim.“ deyərək özü haqqında magistr tezisi yazmışdır. Bu tezis 2005-ci ildə ailəsi tərəfindən kitab halına gətirilib nəşr edildi. Həyatı boyunca 82 filmdə rol alan aktyor xalq arasında Şaban deyə tanınır. Elə buna görə “Kemal Sunal kimdir?” deyə soruşsalar, çoxu Şaban deyə cavab verər. 

Kemal Sunal vəfatı

Təyyarə qorxusu olduğu deyilən Kamal Sunal 2000-ci ildə yeni film çəkilişi üçün mindiyi təyyarədə ürək tutmasından vəfat edib.

Kemal Sunal filmləri

Rol aldığı ilk  film 1972-ci ildə yayımlanan “Tatlı dillim” filmidir. Sonuncusu isə 1999-cü ildə nümayiş etdirilən “Propaganda” filmidir. “Hababam Sınıfı” filmində canlandırdığı “İnek Şaban” karakterinin çok sevilməsinə görə iyirmi bir filmdə Şaban rolunu oynamıştır. 1985-ci ildə yayımlanan “Gurbetçi Şaban” filmi bu rolu oynadığı son film olmuştur.

Kamal Sunal karyerası boyunca bir “Qızıl Portağal Mükafatı” qazanıb. Bu, 1977-ci ildə “Qapıçılar Kralı” filmində “Qapıçı Seyit” obrazı ilə mükafatlandırıldığı “Ən Yaxşı Kişi Aktyor Mükafatı”dır. Komediya filmində oynayaraq bu mükafatı qazanan ilk aktyor da odur. Filmlərdən əlavə dörd televiziya serialında rol alıb. 1993-cü ildə “Şaban Əsgərde” və “Saygılar Bizden”, 1994-cü ildə “Bay Kamber” və 1997-ci ildə “Şaban və Şirin” seriallarında rol almışdır.

Əvvəlki yazıAamir Khan kimdir?
Növbəti yazıMüslüm Gürses kimdir?