Müslüm Gürses kimdir?
O, Çukurova Radiosunda işləyərkən soyadını dəyişərək Gürses edir, ancaq “Müslüm Gürses kimdir?” deyə soruşsalar, çoxu “Müslüm baba” deyə cavab verər. Hətta o, bununla bağlı “Övladım yoxdur, amma dünyada minlərlə insan mənə “baba” deyir” deyə bildirmişdi.
Əsl adı Müslüm Akbaşdır. 1953-cü ildə Şanlıurfanın Fıstıközü kəndində kərpicdən tikilmiş evdə, kənd təsərrüfatı ilə məşğul olan ailədə dünyaya gəlib. Atası onun dərzi olmasını istəyib. Anası və Əminə adlı bacısı atası tərəfindən qətlə yetirilib. Atası həbsə düşdükdən sonra onunla bir daha görüşməyən Müslüm Gürses bu haqda heç bir zaman danışmaq istəməsə də onun həyatı haqqında “Müslüm” adlı film çəkilib.
Müslüm Gürses həyatı
15 yaşında Adana Ailə Çay Baxçasında təşkil olunmuş yarışmaya qatılır və birinci olur. Lakin işlər yaxşı getmədiyi üçün dərzilik və ayaqqabı təmiri kimi işlərdə işləməli olur. Daha sonra Adanada bir qumarxanada “türkülər” oxumağa başlayan Müslüm Akbaş mikrafonu bir daha buraxmayıb.