Sahil Babayev kimdir? Sahil Babayev həyatı, təhsili ilə maraqlanırsınızsa, məqaləmizə keçid edə bilərsiniz.
Sahil Babayev haralidir?
Nazir Bakıda, 1980-ci ildə anadan olub.
Təhsili
Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə bakalavr mərhələsini 2000-ci ildə fərqlənmə ilə yekunlaşdırıb. İki il sonra 2002-ci ildə isə magistr pilləsini fərqlənmə ilə bitirib və magistr dərəcəsi qazanıb. Hüquq üzrə fəlsəfə doktoru dərəcəsini isə 2010-cu ildə əldə edib.
BDU-nun (Bakı Dövlət Universiteti) Beynəlxalq hüquq kafedrasının müəllimi, Azərbaycan Diplomatik Akademiyasında müxtəlif mövzular üzrə mühazirəçisi olub. Bir sıra ölkələrdə, Fransa və İngiltərədə beynəlxalq hüquq və müqavilə hüquq sahəsində müxtəlif təlim və kurslarda iştirak edib.
O, BDU-nun Hüquq Fakultəsində “Kommersiya hüququ” dövlət imtahan komissiyasının sədridir.
Fəaliyyəti
Nazir Sahil Babayev daha öncə 1999-2006-cı illər ərzində Dövlət Neft şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi, eyni zamanda şöbə rəisi vəzifələrində işləyib. Bir sıra saziş və müqavilələrin, Hasilatın Pay Bölgüsü, həmçinin “Şahdəniz” təbii qazının satışı üzrə sazişlərin, Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə müqavilələrin hazırlanmasında iştirak edib.
2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımlarının əlaqələndirilməsi şöbəsinin müdiri vəzifəsini icra edib. 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri kimi fəaliyyətinə davam etdirib.
Bunlarla yanaşı 2009-2014-cü illəri əhatə edən dövrdə “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının sədri, Avropa İttifaqı – Azərbaycan ticarət və iqtisadiyyat alt-komitəsinin həmsədri olub. Avropa İttifaqı Yardım Alətləri üzrə Proqram İdarəetmə Qurumunun rəhbəri və “SOCAR Türkiyə Ege” Kompleksi Star Layihəsinin Direktorlar Şurasının üzvü kimi kimi fəaliyyət göstərib.
Sahil Babayev nazir təyin olundu
Ölkə başçısı prezident İlham Əliyevin 21 aprel 201-ci il tarixində imzaladığı sərəncam əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinə Sahil Babayev nazir təyin olundu.
Daha öncə isə prezidentin 2014-cü il 13 mart tarixində imzaladığı sərəncam əsasında İqtisadiyyat və sənaye nazirinin müavini olub. 30 yanvar 2016-cı ildə prezidentin imzaladığı sərəncamla isə Sahil Babayev İqtisadiyyat nazirinin müavini təyin olundu.
Mənbə: sosial.gov.az