Məşhur ingilis şair və dramaturq Şekspir ən böyük yazıçılardan biridir. Yaxşı, haqqında çox şey bilinməyən Uilyam Şekspir kimdir?
Uilyam Şekspir 1564-cü ildə İngiltərənin Stratfort şəhərində anadan olub. İmkanlı bir ailənin oğlu olan Şekspir İngiltərədə tədris dili latınca olan bir məktəbdə təhsil almışdır. Məktəb həyatı sayəsində Roma ədəbiyyatının klassikləri ilə tanış olmuşdur. Universitet təhsili almamış olan Şekspir 18 yaşında, özündən 8 yaş böyük olan Anne Hathaway ilə evlənmişdir və üç övladı olmuşdur. 11 yaşında olan oğıllarından biri naməlum səbəblərdən ölmüşdür.
Uilyam Şekspir yaradacılığı
Şekspir tanınan əsərlərinin çoxunu 1589-1613-cü illər arasında yazmışdır. İlk əsərləri əsasən komediya və tarix ilə bağlı idi. Daha sonra dramturgiyaya yönəldi. “Hamlet”, “Romeo və Cülyetta”, “Macbeth”, “Kral Lear”, “Otello” kimi məşhur əsərləri məhz bu dövrdə yazdı.
Faciə, komediya, tarixi oyun və poeziya janrında əsərlər yaradan Uilyam Şekspir İngiltərənin milli şairi və “Avon şairi” kimi də tanınır. Əsərləri isə 38 pyesdən, 154 sonetdən, 2 uzun hekayə şeirindən və mənbəyi bəlli olmayan bir neçə şeirdən ibarətdir. Şekspirin pyesləri əsrlər boyu bir çox dillərə tərcümə edilmiş və səhnələrdə oynanılmışdır.