Sizlər üçün dövrünün ən məşhur ədəbiyyatçılarından biri olan, daha çox yumorist tərəfi ilə tanınan Mark Tven kimdir? deyə araşdırdıq. 1835-ci ildə ABŞ-ın Florida şəhərində anadan olub. Əsl adı Samuel Langhorne Klemensdir. 11 yaşında atasını sətəlcəmdən itirən yazıçı məktəbi tərk etib işləməyə məcbur olub. 18 yaşında olanda dünyanı gəzmək istəyən bir gənc olaraq ABŞ-ın müxtəlif əyalətlərini gəzməyə başlayıb. Öz ölkəsində səyahət edərkən 4 il fərqli işlərdə çalışıb və yenidən Florida-ya qayıdıb. Gəmi kapitanı olmaq istəyi artdığından imtahana hazırlaşmağa başlayır. Bir gecə yuxusunda qardaşının çalışdığı gəminin yanması nəticəsində qardaşının öldüyünü görür. Bu hadisənin eynilə yuxusundakı kimi reallaşması onu dərindən təsir edir və qardaşının ölümündən özünü günahkar sayır. Qeyd edək ki, bu dövrdə parapsixologiya ilə maraqlanıb.
Mark Tvenin göz bəbəyi özünün hazırladığı dəri üzlü dəftərlər imiş. Qələm seçimi isə “Conklin Csescent Filler” olmuşdur. Bu qələmin əsas üstünlüyü masaya qoyulanda yuvarlanıb düşməməyidir.
Eyni zamanda 1907-ci ildə Oxford Universiteti ona fəxri doktor adı verdi.
Mark Tven yaradıcılığı
Mark Tven ölkəsinin müxtəlif əyalətlərini gəzərkən məqalələr yazmağa davam etdi. Mark Tven adı ilə nəşr olunan ilk məqaləsi Karsondan Məktubdur. “Claravasda Tullanan Qurbağa” adlı hekayəsi ilə ədəbiyyat dünyasında böyük diqqət toplamağı bacardı. Bu hekayə onun şöhrət qazanmasına vəsilə oldu.
Aralıq dənizində bir qəzet üçün gəzintiyə çıxdı və bu səyahət haqqında məqalələrini “Saflar xarici ölkədə” adlı kitabında topladı. Yazdığı bu əsəri ilə artıq ölkəsində məşhur bir yazıçı idi. Məşhur bir komediya yazıçısı olmuşdu.
Mark Tvenin ən əhəmiyyətli əsəri Tom Soyerdir. Böyük diqqət çəkən bu kitab onun populyarlığını artırdı. Ardından nəsr edilən “Şahzadə və Dilənçi” kitabı da digər kitabları qədər diqqət çəkdi.
1885-ci ildə nəşr etdirdiyi “Huckleberry Finnin maceraları” adlı kitabı Amerika tarixində əhəmiyyətli bir əsər oldu.
Mark Tven vəfatı
Yaşlılıq illərində müstəmləkəçiliyi, irq düşmənliyi, qazanc ehtirası, dini ikiüzlülüyü sərt bir dillə tənqid edən yazılar yazdı. Ölümünə qədər yazmağa davam etdi və avtobioqarfiya kitabını bitirmədən 1910-cu ildə öldü.